Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacıalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacıalılı sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sabit Vəliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Suliddin Ağabala oğlu Nəbiağalı-Hacıalılı yolunun bərpasını xahiş etdi.
2. Quliyev Ələsgər Abbas oğlu pay torpağının suvarılmasında köməklik göstərilməsini xahiş etdi.
3. Salmanov Zülfüqar Ərşad oğlu kəndin aşağı hissəsinə 1(bir) ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.