Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi münasibətilə Qadınlar Şurası ilə birgə “Dövlətçilik tariximizdə qadınların seçki iştirakçılığı məsələləri” mövzusunda dəyirmi masa keçirildi.

23 may 2018 | 16:00

23 May 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyinə həsr edilmiş  “Dövlətçilik tariximizdə qadınların seçki iştirakçılığı məsələləri” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki,  çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk dünyasının ilk müstəqil  Respublikası doğuldu. Butövlükdə müsəlman Şərqində ilk demokratik  respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Millətimizin demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsü və uğuru  bütün sonrakı dövrlərdə Azərbaycanın dünya siyasi  sistemində suverenlik hüququnu şərtləndirən taleyüklü tarixi bir amil idi.
YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova  çıxış edərək  vurğuladı ki, tədbirin keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz suveren dövlətinə sahib oldu. Lakin müstəqilliyimizin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi qeyd etmək lazımdır. 
Tədbirdə çıxış edən Mafizər Məmmədova, Dilarə Əsgərova, Sevinc Məmmədova və Xədicə Qasımova da tədbirin  əhəmiyyətindən danışdılar. Bildirildi ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə bərpa olundu. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.
    Tədbiri K.Xəlilova yekunlaşdıraraq iştirakçıları bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.

Keçidlər