Samuxda Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə növbəti görüş keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ barədə əmrinə əsasən Goranboy rayon Quşçular kənd tam orta məktəbin kollektivi Samux rayon Zazalı kənd tam orta məktəbə səfər ediblər.
Görüş zamanı fəaliyyət planına əsasən ana dili fənnindən "Lalə və Məryəm" mövzusunda, kimya fənnindən "Mürəkkəb efirlər, yağlar, sabun və digər yuyucu vasitələr" mövzusunda, riyaziyyat fənnindən "Kvadrat tənliklərin tətbiqi ilə məsələ həlli" mövzusunda açıq dərslər dinlənilib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Müstəqilliyimiz Əbədidir" başlığı altında kompozissiya, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş dəyirmi masa və “Azərbaycan keçmişdən bu günə” adlı kompazisiya həyata keçirilib.
Qeyd edək ki, digər rayon ümumi təhsil məktəbləri ilə pedaqoji əməkdaşlıqların tədris ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.