Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

15 may 2018 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qovlarsarı sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qovlarsarı    kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ramil Aslanov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əsədov Akif Nadir oğlu təbii qazın təziqinin zəif olması barədə şikayyət etdi.
2. Ələkbərov Bayram İsbəndiyar oğlu  kənddə internet sürətinin zəif olduğu üçün köməklik  göstərilməsini xahiş etdi.
3. İsmayılova Ofeliya İlyas qızı marşurutların vaxtılı-vaxtında qrafikə uyğun işləməsinə və Ziyadlı kənd istiqamətindən keçməsinə köməlik edilməsini təklif etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər