Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir.
Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir.Bu gün Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümü ərəfəsində rayonun Lək kənd tam orta məktəbində “Vətəni sevməyi bizə sən öyrətdin Ulu Öndər” mövzusunda tədbir keçirildi. Bu tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını,idarəçiliyini öyrənmək, öyrətmək təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsinin vacibliyinə söykənir.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı ölkə Pirezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı məlumat verdi.
Tədbirdə həmçinin, Heydər Əliyevin şərəfli həyat yolu haqqında film nümayiş olundu və məktəblilərin Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirildi.