Samux rayonunda “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçrilmişdir.
Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə əsasən,Məşğulluq Mərkəzi tərəfindən 07 may 2018-ci il tarixdə Samux rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçrilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi,Əlaqələndirmə komitəsinin üzvləri və “Yeni Samux” qəzetinin redaktoru, sahibkarlar,idarə,müəssisə rəhbərləri,mühasiblər iştirak etmişlər.
Tədbirdə Məşğulluq Mərkəzinin direktoru Y.M.Ələkbərov ətraflı çıxış edərək,işsizlikdən sığorta sisteminin məqsədindən,Qanunun məcburiliyindən, işəgötürənlərlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığortaolunan işçilərin itrilmiş əmək haqqlarının kompensasiya olunmasından, işsizliyin yaranması hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsindən,onların əmək bazarna təkrar qaytarılmasına kömək göstərilməsi üçün görüləcək tədbirlərdən danışıldı və bu haqda geniş müzakirələr aparıldi.
Qeyd olundu ki,işsizlikdən sığorta sisteminin tətbiqi,digər aktiv məşğulluq tədbirləri ilə yanaşı,özünüməşğulluq proqramının gələcəkdə daha geniş vüsət almasına təminat yaradacaqdır.