YAP Samux rayon təşkilatında “Heydər Əliyev fenomeni – müdriklik və qətiyyət örnəyidir” mövzusunda dəyirmi masa keçirildi.
04 May 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” mövzusunda dəyirmi masa keçirilib.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndərin xatirəsi ona məhəbbətlə yanaşan hər kəs tərəfindən müxtəlif tədbirlər vasitəsilə anılır. Müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev olub. Ümummilli Lider zamana qalib gələn şəxsdir. Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulurlar. Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli Liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirildi.
YAP Samux rayon təşkilatı Qadınlar Şurasının üzvü Mahirə Məmmədova müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. Bu gün Ulu Öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir və müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb.
Tədbirdə çıxış edən Atai Ağca, Abdullayeva Şəhla, Raminə Həsənova və Ülviyyə Salmanova Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açıblar.Bildirilib ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir.
Tədbiri K.Xəlilova yekunlaşdıraraq iştirakçıları bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.