Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Qırmzı Samux qəsəbəsində 180 şagird yerlik tam orta məktəb binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olmuşdur.

17 sentyabr 2013 | 15:00

16 sentyabr 2013-cü il tarixində Samux  rayonunun  Qırmzı  Samux  qəsəbəsində 180 şagird  yerlik  tam  orta məktəb  binasının əsaslı təmir  və  yenidənqurma  işlərindən  sonra  açılışı  olmuşdur.
Tədbirdə  rayon  İcra  Hakimiyyətinin   başçısı   cənab   Alı  Qocayev , Milli  Məclisin sədr  müavini  Valeh  Ələsgərov , ictimaiyyət  nümayəndələri,   valideynlər və  məktəb  kollektivi  iştirak  etmişlər.
Tədbiri  girişi  sözü  ilə  açan məktəb   direktoru  C.Rəhimova  öz çıxışında yaradılmış  bu  şəraitə  görə  ölkə rəhbərliyinə, rayon   İcra  Hakimiyyətinin başçısına və  bu işdə zəhməti olan hər bir kəsə məktəb  kollektivi  adından minnətdarlığını  bildirdi.  Yaradılmış  bu şəraitdən səmərəli istifadə edərək gələcəkdə  tədrisdə daha  yüksək  nailiyyətlərin əldə edəcəklərinə  söz  verdi.
Milli  Məclisin  sədr  müavini  Valeh  Ələsgərov  öz  çıxışında  bilik  günü münasibətilə şagird və müəllim kollektivini  təbrik  etdi, şagirdlərə gələcəkdə vətənə və  dövlətə layiqli övlad olmalarını arzuladı.
Samux  rayon  İcra  Hakimiyyətinin   başçısı cənab  Alı Qocayev nitqində  müəllim və şagird kollektivi bilik günü və  yeni tədris  ilinin  başlanması  münasibətilə  təbrik  edərək,   məktəbdə aparılmış təmir və  yenidən qurma işlərindən  sonra məktəb kollektivinin üzərinə daha böyük məsuliyyət  düşdüyünü və  gələcəkdə onların daha  yüksək  nailiyyətlərin əldə etmələrini  tövsiyə etdi.

Keçidlər