Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Zazalı kənd tam orta məktəbin şagirdləri Nizami Gəncəvi "Məqbərəsi"nə ekskursiya ediblər

27 aprel 2018 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Zazalı kənd tam orta məktəbin şagirdləri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Məqbərə”sinə ekskursiya ediblər.
Ekskursiyanın təşkil edilməsində məqsəd dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri; orta əsrlər şərqinin ən böyük şairlərindən biri; farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də, farsdilli poeziyanın klassiki, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar olan Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə məktəbliləri daha yaxından tanış etmək olub.
Ekskursiya zamanı məktəblilər “Məqbərə”də olan Nizami Gəncəvinin öz əl işlərindən ibarət yazı nümunələri, yaşadığı dövrdə istifadə etdiyi libaslar, həmçinin şairin “Xəmsə”sinin orjinal nümunəsi əsasında hazırlanmış kitab nümunələri ilə tanış olub, qəbrini qiyarət ediblər.

Keçidlər