Samuxda 2188 hektarda yaz əkin işləri aparılıb
25 aprel 2018 | 16:00
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda yaz əkin işləri davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu vaxta qədər rayon üzrə 2 min 188 hektar sahədə əkin aparılıb. Görülmüş işlər üçün 369 nəfər rayon sakini mövsümi işlərə cəlb edilib.
Bu vaxta qədər sahələrə 869 hektar günəbaxan, 500 hektar şəkər çuğunduru, 339 hektar yonca, 168 hektar kartof, 42 hektar pambıq, 30 hektar sarımsaq, 30 hektar bostan bitkiləri, 23 hektar bibər, 20 hektar baş soğan, 10 hektar paxlalı bitkilər, 5 hektar kələm, 3 hektar yerkökü, 50 hektar isə digər kənd təsərrüfatı bitkiləri əkilib.
Samux, Rauf Hacıyev, AZƏRTAC