Samux şəhər 2 saylı tam orta məktəbdə “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi
Samux şəhər 2 saylı tam orta məktəbdə “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev , Milli Məclisin sədr müavini Valeh Ələsgərov, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişlər.
Tədbiri girişi sözü ilə açan məktəb direktoru Ə.Cəfərova bilik günü münasibətilə müəllim və şagird kollektivini təbrik etdi, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov məktəb kollektivini bilik günü münasibətilə təbrik etdi, yeni tədris ilində daha yüksək nailiyyətlər əldə etmələrini arzuladı.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev öz çıxışında məktəb kollektivi və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və onlara təhsildə uğurlar arzuladı.
Tədbir şagirdlərin bilik gününə həsr olunmuş ədəbi - bədii kompazisiyaları ilə yekunlaşdı.