Samux rayonunda yeni yaşayış massivlərinin qazlaşdırılması davam edir.
16 aprel 2018 | 16:00
Samux rayon Alıuşağı kəndindəki yeni yaşayış massivinə təbii qazın verilməsi üçün yeni qaz xətti çəkilir. Belə ki, yaşayış massivinə 90 mm-lik 980 metr və 63 mm 100 metr polietilen borular və 57 mm-lik 4000 metr dəmir boru çəkiləcəkdir. 270 nəfər abonentə təbii qaz verilməsinə baxmayaraq gələcək təlabatı nəzərə alaraq 400 abonentlik qaz tənzimləyici qutu quraşdırılacaqdır.