Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi və dispanserizasiyası Samux rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 12.02.2018-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 12.02.2018-ci il tarixdən hazırki vaxtadək 25 yaşayış məntəqəsinin əhalisi tibbi müayinəyə cəlb edilmiş və 21 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır. Müayinələr zamanı 30066 nəfər tibbi müayinədən keçmiş əhalidən, 1179 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator müalicəyə cəlb edilmiş,121 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş və 68 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir. Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.