Samux Rayon İcra Hakimiyyəti uşaqları sevindirdi
Sentyabr ayının 13-də Samux Rayon İcra Hakimiyyətində “15 sentyabr – Bilik Günü” münasibətilə rayonda yaşayan valideyinlərini itirmiş uşaqlara, Qarabağ müharibəsi əlillərində, aztəminatlı ailələrdə olan və əlil uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbiridə iştirak edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev məktəbliləri və onların valideynlərini təbrik edərək onlara yeni dərs ilində uğurlar və nailiyyətlər arzuladı. Alı Qocayev dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışdı, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasında dövlətimizin diqqətlə yanaşdığı məsələ olduğunu vurğuladı.
Tədbir çərçivəsində Samux Rayon İcra Hakimiyyəti tərəfindən 120-yə yaxın aztəminatlı ailələrin uşaqlarina məktəb ləvazimatları verilib.