Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda soyqırımın 100 illiyi münasibətilə yürüş keçirilib

31 mart 2018 | 16:00

Samux rayonunda "31 mart- Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş yürüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev başda olmaqla ictimaiyyətin nümayəndələri, müharibə veteranları və iştirakçıları, ağsaqqallar, gənclər Mədəniyyət Mərkəzinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca yürüş etmişlər. Yürüş "Şəhidlər Kompleksi" önündə başa çatmışdır. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ermənilərin 100 il əvvəl və ondan sonrakı dövrlərdə törətdikləri soyqırımdan söhbət açılmış, dünya ictimaiyyətinin bu vəhşiliklərdən xəbərdar olduğu bildirilmişdir. Burada belə bir fikir vurğulanmışdır ki, bizim yolumuz haqq yoludur və bu yol bizi heç vaxt geri çəkindirə bilməz.


Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər