Samux rayonunda “Əmək Yarmarkası -2013” keçirilmişdir.
13 sentyabr 2013-cü il tarixdə işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux şəhər Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların köməyi ilə “Əmək Yarmarkası -2013” keçirilmişdir.
“Əmək Yarmarkası” nın keçirilməsinə dair geniş reklam informasiya işi təşkil edilmiş, rayonun mərkəzinə, qəsəbə və kənd yerlərinə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.
“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 32 müəsissədən 149 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 21 dövlət, 8 qeyri-dövlət müəssisələri, 3 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 108, qeyri-dövlət müəssisələri tərəfindən 22, fiziki şəxslər tərəfindən isə 19 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 105,00 manat, maksimum əmək haqqı isə 563,00 manat təşkil etmişdir.
Yarmarkada 300 nəfər vətəndaş iştirak etmiş, 46 nəfər vətəndaşa münasib iş yerlərinə göndərişlər , 10 nəfər işaxtaran vətəndaşa isə müəssisə ilə əvvəlcədən bağlanmış müqavilə əsasında əmək haqqı müəssisə hesabına ödənilməklə müvəqqəti xarakterli ictimai işlərə göndərişlər verilmişdir.