Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

13 mart 2018 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Sərkar sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sərkar   kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Təhmasib Əliyev  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Rzayeva Qiyafət Məhərrəm qızı  kəndin yuxarı hissəsinə 1 (bir) ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
2. Əliyev Xaliq Əliqara oğlu  yeni yaşayış massivinə işıq sayğaclarının quraşdırılmasına və elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etdi.
3. İbrahimova Xurşid Məmməd qızı isə kəndin aşağı hissəsinə kanalın altından keçən su arxının təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər