Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir.

09 mart 2018 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi  və dispanserizasiyası  Samux  rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 12.02.2018-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Müayinənin başladığı 12.02.2018-ci il tarixdən hazırki vaxtadək 13 yaşayış məntəqəsinin əhalisi  tibbi müayinəyə cəlb edilmiş və 10 yaşayış məntəqəsində müayinə tam başa çatdırılmışdır.   Müayinələr zamanı 14655  nəfər  tibbi müayinədən  keçmiş  əhalidən, 547 nəfərdə müxtəlif xəstəliklər aşkar edilərək ambulator müalicəyə cəlb  edilmiş,64 nəfər ixtisaslaşmış tibb müəssisəsinə göndərlimiş və  29 nəfər xəstə isə Samux MRX-na stasionar müalicəyə göndərilmişdir.  Qalan müddət ərzində də tibb kollektivimiz müayinənin daha yüksək səviyyədə aparılmasını  təmin etmək üçün əlindən gələni əsərgəmiyəcək.

Keçidlər