Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabenin Samux rayonuna işgüzar səfəri

08 sentyabr 2013 | 15:00

07.09.2013-cü il tarixdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Şusuke Vatanabe Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və “Gənc Liderlər” Təhsil , Təlim və İnkişaf İctimai Birliyi tərəfindən Qırmızı Samux qəsəbəsində Qrant layihəsi çərçivəsində yeni inşa edilmiş həkim məntəqəsinin açılış mərasimində iştirak etmişdir.
Açılışda çıxış edən Samux rayon İH-nin Başçısı cənab Alı Qocayev hörmətli qonağı salamlayaraq Yaponiya hökumətinə və cənab səfirə humanitar sahədəki bu işlərə görə minnətdarlığını bildirmiş, son dövrlərdə  respublikanın və rayonun sürətli inkişafı haqqında ətraflı məlumat verərək bütün bu işlərin məhz dövlət başçısı, cənab İlham Əliyevin  əhaliyə göstərdiyi  diqqət və qayğısı nəticəsində həyata keçirildiyini bir daha vurğuladı.
Tədbirdə Gənc Liderlər” Təhsil , Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova və Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi İlham Həsənov  yeni həkim məntəqəsinin tikintisinə görə cənab səfirə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər