Samuxda növbəti təhsilyanı şura iclası keçirilib
Samux Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəb direktorlarının iştirakı ilə növbəti təhsilyanı şura iclası keçirilib.
İclasın gündəliyində duran RTŞ-nin aparıcı məsləhətçiləri tərəfindən Qareyri qəsəbə 1 nömrəli tam orta məktəb-liseyin təmayül siniflərində tədrisin vəziyyəti, İstitut qəsəbə tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” ilə bağlı görülmüş işlər və gözləntilər barədə manitərinqin nəticələri və Qaraarx qəsəbə ümumi orta məktəbdə tədrisin keyfiyyəti ilə bağlı keçirilmiş manitorinqin nəticələri müzakirə edilib və qərar layihəsi oxunub.
Qaldırılmış məsələlərlə bağlı fikir mübadiləsi edilib və Samux RTŞ-nin müdiri Gülağa Hüseynov tərəfindən məktəb direktorlarına aidiyyatı üzrə tapşırıqlar verilib.