Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "05 mart - Bədən Tərbiyəsi və İdman " günü qeyd edildi.

05 mart 2018 | 16:00

Samux rayonunda "05 mart - Bədən Tərbiyəsi və İdman " günü qeyd edildi. 05 mart 2018-ci il tarixdə Samux şəhər 02 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçalığı ilə "05 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü" münasibəti ilə şahmat, cüdo və stolüstü tennis idman növləri üzrə yarışlar təşkil olundu. Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev tədbiri açıq elan edərək idmançılarımızı təbrik etdi, ölkədə və rayonda idmanın inkişaf yolundan danışdı. Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Faiq Aslanov və Samux Kikboksinq Klubunun rəhbəri , əməkdar məşqçi, dəfələrlə dünya çempionu Elnur Salamov çıxış edərək idmançılarımızı təbrik etdilər . Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev idmançılarımızı önəmli gün münasibəti ilə təbrik etdi . Ölkədə idmana göstərilən qayğıdan danışdı. Şahmat, cüdo və stolüstü tennis idman növü üzrə yarışlarda Samux və Gəncədən olan idmançılar öz qüvvələrini sınadılar. Yarış qalibləri diplom və medallarla , il ərzində idman sahəsində fəallıq göstərənlər isə Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Əziz idmançılar İdman bayramınız mübarək.!!

Keçidlər