Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Xocalı soyqırımı Şəhidlərinin” xatirəsi anıldı.

23 fevral 2018 | 16:00

Samux rayonunda Xocalı soyqırımı Şəhidlərinin xatirəsi anıldı. 23 fevral 2018-ci il tarixdə Seyidlər kənd tam orta məktəbində Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "26 fevral-Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı səhifələrindəndir" başlığı altında dəyirmi masa təşkil olundu. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin ifa olunması ilə başlanıldı. Təhsil Şöbəsinin rəis müavini Faiq Həsənov tədbiri açıq elan edərək 26 fevral - Xocalı soyqırımı barədə geniş çıxış edərək hadisələrin canlı şahidi kimi öz təssüratlarını bölüşdü . Tədbirdə çıxış edənlər tarixdə misli görülməmiş faciə barəsində danışaraq öz fikirlərini bölüşdülər . Tədbirin bədii hissəsində uşaqlar Xocalı soyqırımı haqqında şeirlər dedilər, hadisələri əks etdirən səhnəcik və videoçarx nümayiş olundu.

Keçidlər