Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir.

07 sentyabr 2013 | 15:00

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən  daha yüksək səviyyədə davam etdirilir. Bu istiqamətdə ölkə Prezidentinin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında”  21.08.2004-cü il tarixli Fərmanının xüsusi əhəmiyyəti vardır. Məhz bu Fərmandan sonra tədris ilinin başlanması, yəni “Bilik günü” daha yüksək səviyyədə qeyd olunur.
Son illər yeni məktəb binaları və əlavə sinif otaqları tikilərək məktəblilərin istifadəsinə verilmiş, əsaslı təmir işləri aparmışdır. Yalnız bunu göstərmək kifayətdir ki, 2012- 2013-cü ilin keçən dövrü  ərzində  Samux şəhər 2 nömrəli, Poylu, Salahlı, Lək, Qiyaslı və Seyidlər ümumtəhsil məktəbləri üçün yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Hal-hazırda isə  Qarabağlar,  Əhmədbəyli məktəblərində tikinti, Qırmızı Samux, Zazalı, Aıabaşlı ümumtəhsil məktəblərində isə əsaslı  təmir  işləri aparılır.
Görülmüş məqsədyönlü və ardıcıl işlərin  nəticəsidir ki, son dövrlər  dərslərin keyfiyyətli tədrisi daha yüksək səviyyədə təmin edilmiş və pedaqoji kollektivlərdə normal sağlam mühitin  qorunması və daha da gücləndirilməsi  yönümündə gündəlik  işgüzar işin aparılması həyata keçirilir.
     Məhz görülmüş bu işlərin nəticəsidir ki, 2012-2013-cü tədris ilinin yekunu ilə bağlı buraxılış IX və XI siniflərdə mərkəzləşdirilmiş buraxılış test imtahanlarının nəticələri əvvəlki tədris ilinin nəticələrindən yüksək olmuşdur. Ali təhsil ocaqlarına qəbulda xeyli irəliləyişə nail olunmuş, test imtahanlarının nəticələri həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək olmuşdur Belə  ki, bu il test imtahanının nəticəsinə görə 9 nəfər 600-dən çox, 12 nəfər isə 500-dən çox bal toplamışdır

Keçidlər