Samuxda məktəblilər tərəfindən "Təbiəti qoruyaq" adlı layihə həyata keçirilib
21 fevral 2018 | 16:00
Samux şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdləri tərəfindən ingilis dili fənni uzrə “Hoü to protect nature” (Təbiəti qoruyaq) adlı layihə hazırlanıb.
Layihənin keçirilməsində məqsəd təbiəti qorumağın müxtəlif yollarını məktəblilərə aşılamaq olub.
Şagirdlər məktəbin həyətində “Təbiəti qoruyaq” şüarları ilə çıxış edərək təbiətin və ətraf mühitin qorunmasının vacibliyi ilə bağlı fikirlərini şifahi və yazılı plakatlar vasitəsi ilə nümayiş etdiriblər. Sonda məktəbin həyətinə şagirdlər tərəfindən ağaclar əkilib.