Samuxda “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib
Təhsil nazirinin əmrinə əsasən məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi həyata keçirilib.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqədə rayon ümumi təhsil müəssisələri üzrə 31 şagird iştirak edib. Müsabiqənin rayon mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar