Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda əsas kapitala investiya 5 dəfə artmışdır

19 fevral 2018 | 16:00

2017-ci ildə  əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 39895,2 min manat olmuşdur ki, bu isə ötən ilə nisbətən 5 dəfə çoxdur. O cümlədən sənayeyə 1205,4 min manat, kənd təsərrüfatına 2028,9 min manat, tikintiyə 31466,8 min manat, rabitəyə 861,0 min manat, nəqliyyata 3430,0 min manat, sosial sahəyə 903,1 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 35489,1 min manatı istehsal təyinatlı, 4406,1 min manatı isə qeyri-istehsal təyinatlıdır. 28084,5 min manat əsas fondlar istifadəyə verilmişdir.
        Əsas kapitala qoyulan investisiyanın 12052,9 min manatı dövlət mülkiyyətinə, 27842,3 min manatı isə qeyri-dövlət mülkiyyətinə yönəlmişdir. Əsas kapitala investisiyanın 3503,0 min manatı əhalinin şəxsi vəsaiti hesabına olmuşdur. Ötən il sahəsi 7416,6 kv.m olan 67 yaşayış evi və hər biri 100 yerlik 2 məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilmişdir.
          2017-ci ildə adambaşına düşən investisiya 703,3 manat olmuşdur ki, bu isə 2016-cı ilə nisbətən 5 dəfə çoxdur.

Samux rayon Statistika İdarəsi.

Keçidlər