Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda örtülü torpaqlarda məhsul istehsalı 2 dəfədən çox artmışdır.

16 fevral 2018 | 16:00

Samux rayonunda 2017-ci ildə örtülü torpaqların əkin sahəsi 44 ha olmuşdur. Həmin sahələrdə 9 ha xiyar, 32 ha pomidor, 3 ha sair tərəvəz bitkiləri əkilmişdir. Sahələrdən 4504,3 ton məhsul yığılmışdır ki, bu da ötən ilə nisbətən 2 dəfə çoxdur. Örtülü torpaqlarda yığılmış məhsulun 1235,5 tonu xiyar, 3237,9 tonu pomidor, 30,9 tonu isə sair tərəvəz bitkiləri olmuşdur. Rayonda 145 istixana fəaliyyət göstərmişdir ki, onların da 84-ü təbii qaz və neft məhsulları ilə,  61-i isə odun və digər yanacaq növləri ilə qızdırılmışdır. Ötən ildə təbii qaz və neft məhsulları ilə qızdırılan istixanaların əkin sahəsi 41,5 ha olmuşdur ki, həmin sahələrdən də 4222,7 ton məhsul yığılmışdır.

                 Samux Rayon Statistika İdarəsi

Keçidlər