Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ilk dəfə becərilən feyxoa və limon bağlarından yüksək məhsuldarlıq əldə olunub

15 fevral 2018 | 16:00

İki il bundan qabaq Samux rayonunda ilk dəfə olaraq hər biri 3 hektar olmaqla, ümumilikdə, 6 hektar ərazidə feyxoa və limon bağı salınıb.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun iqlimi üçün heç də xarakterik olmayan sitrus meyvə bağlarına göstərilən düzgün aqrotexniki qulluq nəticəsində ötən il bağlarda hər hektara görə düşən məhsuldarlıq orta hesabla 50 sentner təşkil edib.
Beləliklə keçən il fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları sahələrdən 50 sentner feyxoa, 45 sentner limon olmaqla, ümumilikdə, 95 sentner məhsul toplayıblar. Bu, 2016-cı illə müqayisədə 27 sentner çoxdur.
Məhsulun satışında çətinlik çəkməyən fermerlər bu ildən bağların daha da genişləndirilməsini nəzərdə tuturlar.

Keçidlər