Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəbliləri “Zirvə” intellektual bilik yarışmasının 1/8 mərhələsinə vəsiqə qazanıb

14 fevral 2018 | 16:00

Samux rayonunu təmsil edən şəhər 3 nömrəli tam orta məktəbin 4 nəfərdən ibarət komandası ARB Kəpəz televizya kanalında keçirilən “Zirvə” intellektual bilik yarışmasının regional mərhələsində Qazax rayon təmsilçiləri ilə qaşılaşıb.
Üç mərhələdən ibarət yarışmanın nəticəsində komandalara (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Coğrafiya, Tarix, Kimya, Fizika və Biologiya fənnlərindən) təqdim edilmiş suallardan 13-nə Qazax təmsilçiləri düzgün cavab verdiyi halda, Samux təmsilçiləri 15 suala düzgün cavab verməklə qalib gəlib və yarışın 1/8 mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər