Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlamentlərarası Assambleyanın ekspert qrupunun üzvləri 03 sentyabr 2013-cü il tarixdə Samux rayonunda işgüzar səfərdə olmuşlar.

04 sentyabr 2013 | 15:00

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qrup üzvlərini qəbul etmişdir. Görüşdə qonaqları salamlayan icra başçısı son illər ölkə başçısının apardığı siyasət nəticəsində qazanılan uğurlardan danışmış, həmçinin Samux rayonunda  aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat vermişdir. Ölkənin  hər yerində olduğu kimi Samux rayonunda da prezident seçkilərinə ciddi hazırlıq işləri getdiyini qeyd edən cənab Alı Qocayev seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün işlərin görüləcəyini qeyd etmişdir.
       MDB PAA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da nümayəndəsi Aydın Cəfərov, MDB PAA Beynəlxalq Monitorinq İnstitutunun direktor müavini Andrey Baranov çıxış edərək  Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikası prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirmək üçün respublikaya gələn MDB PAA-nın ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmış və qeyd etmişlər ki, MDB PAA sədrinin tapşırığına əsasən seçkilərə kimi ekspert qrupunun üzvləri regionlarda olacaq, seçkilərə hazırlığın vəziyyəti və onun Azərbaycanın Seçki Qanunlarına uyğun keçirilməsi vəziyyəti barədə müşahidə aparacaqdır. Bu müddət ərzində dairə seçki komissiyalarında qanunun aliliyinin təminatı, seçki məntəqələrində hazırlığın vəziyyəti, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinə əməl edilməsi,  müxalifət partiyalarının seçkilərdə fəallığına yaradılan şəraitlə bağlı ətraflı məlumat toplanacaqdır.
      Monitorinq qrupunun üzvləri Samux şəhərində yenidən qurulmuş Heydər Əliyev parkı ilə tanış olmuşlar, ulu öndərin parkda ucaldılmış möhtəşəm abidəsi önündə xatərə şəkilləri çəkdirmişlər.
      Qrup üzvləri 102-saylı  Samux- Şəmkir Dairə   seçki komissiyasının  inzibati binası , bir sıra məntəqələrdə seçkiyə hazırlığın gedişi ilə tanış olmuşlar. DSK və MnSK üzvüləri ilə söhbətlər aparmışlar.
    Görüş çərcivəsində qrup üzvüləri Samux rayon İstixana yaşayış məntəqəsində fəaliyyət göstərən “AZRUS  DOSTLUQ” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında yaradılmış seçki məntəqəsi ilə yanaşı istixana Kombinatın fəaliyyəti ilə də yaxından tanış olmuşlar.

Keçidlər