Şriftin ölçüsü :

Saytın rəngi :

Samux: ötən il maldarlıq təsərrüfatlarındakı inəklərdən 211 baş cins buzov alınıb

07 fevral 2018 | 16:00

Ötən il Samux rayonunun maldarlıq təsərrüfatlarındakı inəklərdən 211 baş cins buzov alınıb. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 172 baş çoxdur.
Maldarlıq təsərrüfatlarında doğulan cins buzovların statistikasının ildən-ilə artdığını deyən Samux Rayon İcra Hakimiyyətinin sektor müdiri Elmar Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il də kəndlilər və təsərrüfat sahibləri arasında heyvanların cins tərkibinin yaxşılaşdırılması barədə təbliğat işləri davam etdiriləcək.
Qeyd edilib ki, keçən il Samux rayonu üzrə iribuynuzlu mal-qaranın sayı 11 min 750 başa çatıb.

Keçidlər