Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru "2 fevral-Gənclər günü" münasibətilə təltif edilib.

05 fevral 2018 | 16:00

Azərbaycanda "2 fevral-Gənclər günü" münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə 2018-ci il Gənclər üçün Prezident mükafatları təqdim olunub.
Tədbirdə, həmçinin uğur qazanan, habelə dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər də mükafatlandırılıb.
Mükafat alan  fəal gənclər sırasında  Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə də olmuşdur. O, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən  2017-ci ildə gənclər siyasəti sahəsində  uğurlu fəaliyyətə görə təltif edilib.

Keçidlər