Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Samuxda 1022 daimi yeni iş yeri açılıb

03 fevral 2018 | 16:00

Yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ötən ildə Samux rayonunda bu istiqamətdə xeyli iş görülüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il Samuxda 1022-i daimi olmaqla, 3 min 934 yeni iş yeri açılıb. Rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi və yığılması ilə əlaqər olaraq 2 min 912 nəfər mövsümi işlə təmin edilib.
Açılmış daimi iş yerlərinin 59-u yeni yaradılmış müəsisə və təşkilatlarda, 963-ü isə fiziki şəxslərin fəaliyyəti hesabına mümkün olub. Bununla yanaşı, ötən il rayonda 7 yeni müəssisə və təşkilat yaradılıb ki, onların da 3-ü kənd təsərrüfatı müəssisəsi, 2-i istehsal sahəsi, 2-i isə körpələr evi uşaq baxçasıdır.
Qeyd edilib ki, rayon üzrə məşğul əhalinin sayı ötən il ərzində 28 min 780 nəfərə çatıb. Məşğul əhalinin 7 min 511 nəfəri dövlət idarə, müəssisə və təşkilatlarında, 412 nəfəri qeyri-dövlət idarə, müəssisə və təşkilatlarda çalışanlar, 91 nəfəri hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, 20 min 766 nəfəri isə fərdi əmək fəaliyyəti ilə məşğul olanlar olub.

Keçidlər