Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “2 fevral -Gənclər günü” münasibəti ilə tədbir təşkil edildi

01 fevral 2018 | 16:00

01 fevral 2017-ci il tarixdə  “2 fevral-Gənclər günü”  münasibəti  ilə  Rayon İcra Hakimiyyətinin dəstəyi,  Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir təşkil olundu. Rayon ərazisində fəaliyyət göstərən idarə və  təşkilatların və  rayon gənclərinin iştirak etdiyi tədbir Ulu Öndər  Heydər  Əliyevin abidəsi önünə gül qoyma mərasimi ilə başlandı.  Azərbaycan Respublikasının Dövlət  Himni  ifa olunduqdan sonra Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev “2 fevral-Gənclər günü”  münasibəti ilə bütün gəncləri təbrik edərək ötən il ərzində gənclərlə iş və idman  siyasəti ilə bağlı həyata keçirilən işlər haqqında geniş hesabat verdi , 2018-ci ildə də gənclər və  idman siyasətinin uğurla və daha mükəmməl bir şəkildə həyata keçiriləcəyini qonaqların nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev , Heydər  Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə  , Lək kəndinin fəal gənci Sübhan  Hüseynov, Heydər Əliyev Mərkəzinin nümayəndəsi  Afərim Namazova, Çobanabdallı kənd Uşaq bağçasının  direktoru Nuranə  Həsənova “2 fevral-Gənclər günü”   münasibəti ilə bütün gəncləri təbrik edərək  “Azərbaycan gəncliyi  2017-2021-ci illərdə” Dövlət Proqramı, ölkədə gənclər və idman siyasətinin uğurla həyata keçirilməsindən, dövlətimiz və cənab Prezidentimizin gənclərə diqqət və qayğısından danışdılar. Rayon və ölkənin ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən gənclər Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tərəfindən Fəxri Fərman və hədiyyələrlə  mükafatlandırıldılar.
Tədbirin bədii hissəsi  Sərkar kənd Uşaq Musiqi Məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.

Keçidlər