Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda becərilən sarımsaq Belarusa ixrac ediləcək

01 fevral 2018 | 16:00

Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Elmar Qarayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fermerlər 2018-ci ilin məhsulu üçün 30 hektar sahədə sarımsaq əkiblər.
Sarımsağın bir çox xəstəliklərə və zərərvericilərə qarşı davamlı bitki olduğunu deyən Elmar Qarayev vurğulayıb ki, bu məhsul həm məhsuldarlığı, həm də bazarda daha yüksək qiymətə satılması ilə fermerlərə böyük mənfəət gətirir. Belə ki, sarımsağın 1 kiloqramı fermerlər tərəfindən 4 manat 50 qəpiyə satılır. Yaz mövsümündə fermerlərin qazancı daha da yüksək olur. Çünki sahənin seyrəldilməsi üçün çıxarılan yaşıl sarımsağın 3 ədədi daxili bazarda bir manata satılır. Həmin məhsul ixrac edildikdə isə satış qiyməti daha da artır.
“2016-cı ildə Samux rayonunda 5 hektar sahədə sarımsaq əkilib, 52,6 ton məhsul yığılıb. Ötən il isə 12 hektar sahədə sarımsaq becərilib, 152 ton məhsul toplanıb. Bu il isə fermerlər 30 hektar sarımsaq əkiblər. Fermerlər bu il sahələrdən yüksək məhsuldarlıq gözləyirlər. Yetişdiriləcək məhsul yerli bazara çıxarılmaqla yanaşı, Belarusa da ixrac olunacaq”, – deyə Elmar Qarayev qeyd edib.

Keçidlər