Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda mal-qaranın baş sayı artıbdır

01 fevral 2018 | 16:00

Qış mövsümündə mal-qara arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə Samuxda peyvəndləmə aparılır. Sanitar-profilaktik tədbirlər əhalinin keyfiyyətli ətlə təmin olunmasına zəmanət verir.
Son bir ildə Samux rayonunda iri buynuzlu mal-qaranın baş sayında 700, xırda davarlarda 5 min, tək dırnaqlılarda 1000, ev quşlarının baş sayında isə 20 min baş artım müşahidə olunub. Bununlada sözügedən rayonda iri buynuzlu heyvanların baş sayı 23 minə, xırda davarlar 153 minə, ev quşlarının sayı isə 120 minə çatıb.
Lətif Əsgərov – fermer: Malım var qoynum var. Hamısıda hər il bala verir. Quzulardan bala götürürük. Maldanda dana götürürük. Yaşayış tərzimizi normal hala sala bilirik.
Samux rayon Baytarlıq İdarəsinin həkimləri fərdi təsərrüfatlarda iri buynuzlu və tək dırnaqlı heyvanlara qarayara əlehinə vaksinlər vurur, eyni zamanda bruselloz əlehinə qan nümunələri götürürlər. Bundan başqa ev quşları nyukasl, sahibli itlər isə quduzluq əlehinə peyvənd edilir.
Elxan Rüstəmov - Samux Rayon Baytarlıq İdarəsinin rəisi: 6 min baş iri buynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı peyvənd edilib. 600 baş iri buynuzlu heyvandan bruseilloz xəstəliyinə görə qan nümunələri götürülüb. Bundan 500 baş tək dırnaqlı heyvan və 300 baş sahibli it peyvənd edilib.

Natiq Hüseyn

Keçidlər