Samux rayonunda əhali 2017-ci il ərzində təhlükəsiz, dayanıqlı və davamlı təbii qazla təmin edilmişdir.
Samux xidmət sahəsi tərəfindən 2017-ci il ərzində əhali abonentlərinə rəhlükəsiz, dayanıqlı və davamlı qaz təchizatı ilə təmin etmək məqsədi ilə xidmət sahəsində Təmiz qaz xidmətinin aşkar etdiyi 3037 ədəd qaz sızması olub ki, bundan yeraltı qaz sızmasının ləğvi 1837 ədəd, ventildə 961 ədəd, 240 ədəd qaz tənzimləyici şkaflarda qaz sızması və 139 ədəd QTŞ-in əsaslı təmir işləri görülmüşdür.Tədbirlər planına əsasən Cırdaxan kəndində d.57 mm-lik və Karayeri qəsəbəsində d.76 mm-lik 590 metr yeni qaz xəttinin çəkilişi başa çatmış və çəkilmiş qaz xətlərinin rənglənməsi işləri görülmüşdür.
Çobanabdallı,Sərkar,Əlibayramlı,Qarayeri,Qiyaslı və Lək kəndlərində ayrılıqda hər birində bir ədəd olmaqla 7 ədəd ŞQTM-300 və Samux şəhərində 3 ədəd ŞQTM-400 ,4 ədəd ŞQTM-200 yeni qaz tənzimliyiciləri qurlaşdırılmışdır.Çobanabdallı kəndində küçədən keçən yer altı yol keçidinin karroziya uğramış hissəsinin d.25 mm-lik 30 metr qaz xəttinin dəyişdirilməsi işləri görülmüşdür.2017-ci il ərzində 50 ədəd QTŞ-in giriş və çıxışına 103 ədəd manometr qurlaşdırılmışdır.Çobanabdallı,Qarabağlılar və Əhmədbəyli kəndlərində yol səthinə düşmüş qaz xətlərinin əsaslı təmir işləri görülmüşdür.Alabaşlı qəsəbəsində tədbirlər planına əsasən 57 mm-lik polad boru ilə 104 metr qaz xətti küçəyə çıxarılmışdır.Qarayeri qəsəbəsində tədbirlər planına əsasən d.108 mm-lik 155 p/m və Səməd Vurğun küçəsində həyətlərdən keçən d.57 mm-lik 115 p/m qaz xətlərinin küçəyə cıxarılması təmin edilmişdir.Alabaşlı-Qarayeri daşıyıcı d.159 mm-lik 593 metr,Ziyatlı kəndində d.159 mm-lik 623 metr qaz xətti çəkilmişdir.Qiyaslı kəndində d.57 mm-lik 155 metr orta təzyiqli qaz xətti çəkərək 1 ədəd ŞQTM tipli tənzimləyici qurlaşdırılmışdır.
2017-ci il ərzində 40,988,124 m təbii qaz qəbul edilmişdir.Bundan 38,546,739 m təbii qaz istehlakçılara satılmışdır.2,418,103 m itki olmuşdur ki,bu da 5.9 faiz təşkil edir.Ümumlikdə istehlakçılara satılmış 38,546,739 m təbii qazın dəyəri 5,877,329 manat təşkil edir ki,bunun da qarşılığında istehlakçılar tərəfindən 5,516,079 manat ödəniş olunmuşdur.Bu da 93.8 faiz təşkil edir.Həmçinin 12 ay ərzində 260 yeni abonent təbii qazla təmin edilmişdir.Ümumlikdə xidməti ərazidə il ərzində 679 qaz sayğacı yenisi ilə əvəz edilmişdir.