Samux rayonunda “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsinin həyata keçirilməsi ilə bağlı görüş keçirilib
Yanvar ayının 24-də Ombudsman Gəncə Regional Bölməsinin rəhbəri Səbuhi Abbasov tərəfindən Samux şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri həyata keçiriləcək “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsi ilə bağlı görüş keçirilib.
Məktəbin bir sıra müəllimlərinin iştirak etdiyi görüşdə fevral-may aylarında keçiriləcək “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsi ilə bağlı məlumat verilib. Belə ki, layihə çərçivəsində məktəbin II-X sinif şagirdləri üç qrup şəklində qruplaşdırılacaq, qruplara məktəbin müəllimləri tərəfindən “Uşaq Hüquqları Konvensiyası” adlı kitab və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlər və plakatlardan istifadə edilməklə maarifləndirici dərslər keçiriləcək.
Uşaq hüquqlarıüzrə pilləli tədris proqramında fərqlənən şagirdlərə sertifikatlar, müəllim və məktəbin direktoruna təşəkkürnamə təqdim ediləcək.