Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi ” devizi altında tədbir təşkil olundu.

19 yanvar 2018 | 16:00

19 yanvar 2017-ci il tarixdə   Rayon İcra Hakimiyyətinin dəstəyi ,Gənclər və İdman İdarəsinin təşkilatçılığı , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin , Qarabağ Müharibəsi  Veteranları və Şəhid Ailələri İctimai Birliyinin iştirakçılığı ilə Alabaşlı qəsəbə tam orta məktəbdə 20 Yanvar hadisələri ilə bağlı “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi ” devizi altında tədbir təşkil olundu. Tədbir 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev 20 Yanvar hadisələri ilə bağlı geniş çıxış etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəhbəri Mirzəmməd Orucov və başqa çıxış edənlər öz çıxışlarında qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir . Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olduğunu qeyd etmişdir. Sonda 20 yanvar hadisələrinin , xalqımıza qarşı törədilmiş bu amansız cinayət və ədalətsizliyin bütün dünyaya çatdırılması üçün hər il dahada geniş təbliğ olunacağı vurğulandı. Tədbir sonda bədii kompazisiya ilə davam etdi, şagirdlər 20 yanvar hadisələri ilə bağlı şeirlər dedilər və videoçarx nümayiş olundu. Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər