Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatının idarə heyətinin toplantısı keçirilib

12 yanvar 2018 | 16:00

12 yanvar 2018-ci tarixdə YAP Samux rayon təşkilatının İdarə heyətinin yığıncağı keçirildi.Yığıncaqda rayon təşkilatının 2017-ci ildə gördüyü işlərə dair hesabatı dinlənildi və 2018-ci ilin I yarımilliyində görüləcək işlərə dair tədbirlər planını müzakirə edildi. Yığıncağı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 2017-ci ilin rayon təşkilatı üçün uğurlu il olduğunu vurğuladı.O, qeyd etdi ki, rayon təşkilatı 2017-ci ilin I və II yarımilliyi üçün hazırlanmış iş planına müvafiq qaydada fəaliyyətini qurmuşdur.Təşkilatin fəaliyyətində əsas istiqamətlər ölkəmizin sosial,siyasi, mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nailiyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş izahı və təbliğ edilməsi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin hazırlanması və həyata keçirilməsi, təşkilatın VII konfransına hazırlıq işlərinin aparılması və uğurla başa çatdırılması, partiyanın Proqram prinsiplərinin izahı və təşliği, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, təşkilatın ərazi ilk partiya təşkilarları ilə əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi olmuşdur.
Sonra yığıncaqda YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayev çıxış edərək, təşkilatın sosial şəbəkələrdəki fəaliyyətindən danışdı.O, qeyd etdi ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rıyin formalaşmasında, informasiya tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.Bu baxımdan gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsi üçün təbliğat-təşviqat işlərinin aparılması,Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinə, ilk növbədə gənc nəslə çatdırılması və sosial şəbəkələr vasitəsilə yayılması təşkilatın daim diqqət mərkəzində olmuşdur.
Yığıncaqda idarə heyətinin üzvləri çıxışlar edərək tədbirlər planına öz rəy və təkliflərini əlavə etdilər.Müzakirə və təklifləri nəzərə alaraq yığıncaq YAP Samux rayon təşkilatının 2017-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək, 2018-ci ilin I rübündə görüləcək işlər haqqında tədbirlər planını təsdiq etdi.

Keçidlər