Samux rayon idmançıları sərbəst güləş idman növü üzrə turnirdə iştirak etdilər.
Samux rayon idmançıları sərbəst güləş idman növü üzrə “20 yanvar Şəhidlərinin” əziz xatirəsinə həsr olunmuş turnirdə iştirak etdilər. 14 yanvar 2017-ci il tarixində Bakı şəhərində Lokamativ İdman Klubunda sərbəst güləş idman növü üzrə 20 yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş turnirdə idmançılarımız uğur qazandılar . Turnirdə 15 rayon iştirak etdirdi.Samux rayon idmançılarından Səmədov Əli 20 kq-da 1-ci , Orucova Aysun 23 kq-da 1-ci , Cəfərov Cəfər 26 kq-da 1-ci, Əliyev Elcan 20 kq-da 2-ci , Cəlilov Ömər 23 kq-da 3-cü, Əsgərov Camal 26 kq-da 3-cü , Əzimov Kərəm 35 kq-da 3-cü , Əzimov Şəhriyar 47 kq-da 3-cü , Hacıyev Ömər 47 kq-da 3-cü yerə layiq görüldülər. İdmançılarımızı bu qələbə münasibətilə təbrik edirik.