Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust- Beynəlxalq Gənclər günü münasibəti ilə Samux gənclərinin konfransı keçirilmişdir.

13 avqust 2013 | 15:00

12 Avqust 2013-cü il tarixdə Samux rayon İcra hakimiyyətinin  akt zalında  “12 avqust -Beynəlxalq  Gənclər günü “ münasibəti ilə  Samux  gənclərinin konfransı keçirilmişdir.
Tədbir  iştirakçıları  əvvəlcə  Ümummilli lider  Heydər Əliyevin  abidəsi önünə  gül qoyaraq  öz  ehtiramlarını  bildirmişlər.
Konfransda  Rayon İcra Hakimiyyəti Başçısı cənab  Alı Qocayev  çıxış edərək  gənclərin ictimai  fəallığının   xüsusi önəm  daşıdığını bildirərək  bütün  sahələrdə  gənclərə  qayğı  göstərildiyini  qeyd edərək  gənclərin    aktivliyini  cənab prezidentimiz İlham Əliyevin daim  diqqətdə saxladığını  xatırlatmışdır.
Sonra konfrans ictimai fəallığı  ilə seçilən rayon gənclərinin çıxışı ilə davam  etmişdir.Çıxış edənlər qarşıdan   gələn  prezident  seçkilərində  Samux  gənclərinin  daha da fəal  olacaqlarını qeyd etmişlər.
Sonda bir qrup gənc Samux rayon İcra Hakimiyyəti Başçısı tərəfindən  hədiyyələrlə  mükafatlandırılmışdır.

Keçidlər