Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəsinin 2017-ci ildə gördüyü işlərin yekunlarına dair hesabat yığıncağı keçirildi.

15 yanvar 2018 | 16:00

Yerlı  icra  nümayəndəsinin  əsas  vəzifəsi İHB - nın funksiyalarını qanun
daxilində həyata keçirilməsində köməklik göstərməklə tapşırıqlarını icra edir,
əmr və sərəncamlarının icrasını yerinə yetirərək vətəndaşlara xidmət göstərir.
Bizim icra  nümayəndəlyi  iki  kəndi əhatə edir. Ziyadlı  və  İstixana  kəndləri.
Hər iki kəndin  ərazisi  1160 ha,  əhalisi 3100 nəfər,  seçiciləri  2086  nəfərdir.
Ərazidə 1ədəd tam orta məktəb, 1 ədəd tam əsas məktəb fəaliyyət göstərir. Hər            iki məktəbdə  88 nəfər   müəllim  kollektivi  çalışır, 605  nəfər  şagird  təhsil  alır.
Bundan başqa nümayəndəliyin ərazisində  1 ədəd Mədəniyyət evi, 1 ədəd uşaq
bağçası, 1 ədəd kitabxana, 1 ədəd tibb məntəqəsi, 1 ədəd poçt, 1 ədəd EATS, 1 ədəd aptek, 1 ədəd ət dükanı, 2 ədəd bərbərxana, 4 ədəd çayxana, 8 ədəd dükan  ərazidə yaşayan əhaliyə xidmət göstərir.
Ərazidə  yaşayan  əhalinin  suya  olan  təlabatını  ödəmək   üçün  20  ədəd
subartezan quyusu fəaliyyət göstərir. Əhalidə həmin sudan içməli suya və torpaq
sahələrini suvarmaq üçün istifadə edirlər.
Ərazidə yaşayan əmək qabiliyyətli əhalinin bir hissəsi təhsildə,  bir hissəsi
səhiyyədə, Ayrı-ayrı özəl şirkətlərdə işləyirlər. Əvəllki illərlə müqayisədə kənd
əhalisindən işsiz olanı demək olarkı yoxdur. Buda işsizliyin aradan qalxması,     yoxsulluğun son həddi, kənd əhalisinin rifah halının yaxşılaşması deməkdir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan  Respublikasının  Regionlarının  2014-2018-ci illərdə   sosial-iqtisadi  inkişafın Dövlət  Praqramına uyğun olaraq Respublikamızda və Rayonumuzda aparılan quruculuq-abadlıq işləri yerlərdə də öz əksini tapmışdır.
İl ərzində 2 dəfə rayon mərkəzində keçrilmiş ərzaq yarmarkalarında yüksək səviyyədə iştirak etmişik.
Səfərbərliklə bağlı Xərbərdarlıq Sahələrinin hazırlığı, hər iki kənddə əhalinin hazırlığı yoxlanılıb, və əlavə məşqlər keçirilib.
Milli və Dövlət bayramlarında ərazidə yeləşən təşkilatlarla birgə milli tədbirlər həyata keçrilib. Qurban Bayramında 25 az təminatlı, veteran, müharibə iştirakçılarının ailəsinə qurban payları verilmişdir. Ərazidə yeləşən Təşkilatlarla birgə qarşılıqlı işlər qurulub. İl boyu kənd yollarının təmizliyi ilə məşğul olunmuşdur.
2014-2018-ci il Dövlət Praqramına əsasən  2017-ci ildə nümayəndə kənd
bələlədiyyəsi ilə birgə nümayəndəliyin hər iki kəndində əsas yolları təmir etmiş
təmizlik, abadlıq işləri apararaq səliqə səhman yaratmışdır.
Əhalinin kənd təsərüffatında kənd təsərüffatı məhsullarını səmərəli inkişaf etdirmək üçün  subsidyaların vaxtında verilməsi işləri yüksək səviyyədə təşkil olunmuşdur.
Ərazimizdə əkin sahələrinin suvarılması üçün 2017-ci ildə yeni 1 ədəd subartezyan quyusu vurulmuşdur. Buda sudan əziyyət çəkən bir çox əraziləri suvarmaq üçün əhalimizə çox böyük kömək olmuşdur.
Məcburi köçkünlərə Dövlət tərəfindən verilmiş yardımlar və istilik enerjisi olmayanlara verilmiş yanacaqlar vaxtında çatdırılmışdır.
Ərazimizdə icma yaradılmış və kənd küçələrinin qum çınqıl verilməsi planlaşdrılmışdır.
Hal hazırda İstixana kəndinin məişət tullantılarının günaşırı təmizlənməsini təşkil etmişik. O cülmədən İstixana kəndində yerləşən 2 mərtəbəli binaların dam örtükləri yünilənir və fasadları bərpa olunur.
Ölkə rəhbərinin doğum günündə kəndin mərkəzi yollarının kənarlarına 100 ədəd həmişəyaşıl ağaclar əkildi.
Əhalinin içməli su  ilə  təmin  etmək  üçün 1 küçədə 30 ailəyə yeni su xətləri çəkilib və yeni su qurğuları yaratmışıq ki, buda əhalimizə yeni bir töhfədir.
Ziyadlı kəndində Elektrik dayaqları yenilənərək elektrik enerjisinin səmərəli verilməsi üçün kabel sistemi çəkilir.
Əhalının peyvəndlənməsi və müayinəsi Respublika Prezidentinin sərəncamına uyğun olaraq Ziyadlı kəndinə yüksək səviyyədə təşkil edilmişdir.
           Hər yerdə olduğu kimi bizim nümayəndəlikdə də işlər 2017-ci ildə yüksək
səviyyədə yerinə yetirilmişdir. Beləki vətəndaşları narahat edən problemlərin həll olunması vacib bir məsələ kimi qarşıya qoyularaq həll olunması vacib sayılmış və həlli mümkün olanlar öz həllini tapmışdır. Ərazidə  sosial - iqtisadi  inkişaf  yerinə
yetirilməklə bərabər nümayəndəliyə vətəndaşlar tərəfindən daxil olmuş müraciət-
lərə də baxılmış və onların qəbulu təşkil edilmişdir.
Nümayəndəliyin kargüzarlıq işləri yeni təlimata uyğun formada aparılır.
            2017-ci ildə vətəndaşlardan 36 ədəd şifahi müraicət daxil olmuşdur. Müraciətlər əsasən pay torpaqlarının suvarılmasından, özlərinə məxsus olan torpaq sahələrinin sərhədlərinin müəyyənləşməsindən  və s. nümayəndəlik tərəfindən həl edilə bilən müraciətlər öz həllini tapmış, yerdə həll olunmayanlar isə ayrı –ayrı təşkilatlar tərəfindən həll olumuşdur.
           Şifahi müraciətdən əlavə 2017-ci ildə 6 ədəd yazılı ərizə daxil olmuşdur, ərizələr şikayət xarakterli olmamışdır. Yəni işdən azad olma, işə qəbul və məzuniyyətlə bağlı olmuşdur.  Bütün ərizələr icra edilərək öz həllini tapmışdır..  
          Nümayəndəlikdə  Qeydiyyat işləridə günün tələbləri səviyyəsində yerinə
yetirilmişdir. Bu işlərlə bərabər Notariat işlərində də vətəndaşlara xidmət göstərilmişdir.
           Azərbaycan Respublikası Prezidentinin təşkilatlarda, müəssisələrdə və idarələrdə kargüzarlıq işlərinin yerinə yetirilməsinə dair verilmiş fərmanlarının tələblərinə uyğun olaraq nümayəndəlikdə bu işlər vacib məsələ kimi qarşıda
durmuşdur. Beləki 2017-ci ildə vətəndaşlara ayrı-ayrı təşkilatlara təqdim etmək üçün müxtəlif məzmunlarda 688 ədəd arayış, 6 ədəd əmr, 58 ədəd göndərilən sənəd, 87 ədəd daxil olan sənədlər vaxtlı-vaxtında kitablara işlənilərək qanuna uyğun şəkildə icrası təmin edilmişdir.
            İş planına uyğun olaraq  2017-ci ildə nümayəndəliyin tabeçiliyində olan təşkilatlarda işləyən işçilərin əmək intizamina nəzarət etmiş, əmək intizamında olan pozulma hallarının qarşısını almışdır.
           Nümayəndə kənd bələdiyyəsi ilə birlikdə kənd əhalisinin içməli su problemlərinində aradan qaldırılmasına nail olmuşdur. Bir neçə küçədə su xəttini yenidən təmir etmiş, bundan əlavə bir neçə ailədə öz imkanları hesabına özlərinə su xətti çəkmələrinə şərait yaradılmışdır.
          Nümayəndə iş planına uyğun olaraq təqvimdə qeyd olunan Bayram və mərasimlərin ərazidə keçirilməsini təşkil etmişdir.
          2017-ci ildə nümayəndə ərazidə yaşayan Şəhid, Qarabağ əlilləri ailələrinin sosial və digər sahələrdən olan problemlərinin vaxtında  öz həllini tapmasına lazımı köməkliklər göstərməyə çalışmışdır.
           Nümayəndə ərazidə məskunlaşmış məcburi köçkün ailələrinində müraciətləri əsasında problemlərini araşdırmış, həlli mümkün olanları həll edərək aradan qaldırmışdır.
              Respublikamızın dinamik inkişafı Samux rayonuna da öz təsirini göstərmişdir. Rayonda xeyli işlər görülmüşdür. Rayonumuzda aparılan tikinti quraşdırma işləri gözümüzün önündədir. Bü işlər görüldükcə, rayonumuz dəyişdikcə yerlərdə, kənd və qəsəbələrədə öz təsirini göstərir. Səliqə səhman yaranır. Bütün bu işlərə görə ölkə prezidenti cənab İlham Əliyevə öz adımdan və sizin  adınızdan  dərin minətdarlığımızı çatdırıram. 
             2017-ci ildə ərazidə yaşayan əhalinin istər mavi qaza, istərsədə elektirik enerjisinə görə heç bir problemləri olmayıbdır. İstifadə etdiklərı enerjinin və qazın dəyərini vaxtı-vaxtında ödəmişlər.
               Nümayəndə iş planına uyğun olaraq ərazidə əhaliyə xidmət göstərən  obyektlərdə olmuş, onların əhaliyə xidmətinə nəzarət etmişdir.
              2017-ci ildə ərazidə yaşayan əhali tərəfindən 2017-ci ilin məhsulu üçün 63 ha sahədə buğda və arpa, 70 ha sahədə şəkər çuğunduru, 29 ha sahədə isə günəbaxan əkilmişdir.          
              Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın surətləndirilməsi tədbirləri haqqında ölkə prezidentinin fərmanlarına uyğun olaraq vətəndaşların qəbulunu, ərizə və müraciətlərinə baxılmasını dahada yaxşılaşdırmaq məqsədilə rayonumuzun  başçısı cənab Alı Qocayev rayonun qəsəbə və kəndlərində vətəndaşlarla səyyar görüşlər keçirmişdir. 2017-ci ildə də bizim nümayəndəlikdə hər iki kəndə də ümumilikdə 4 dəfə səyyar görüşlər keçirirək əhalinin sosial problemləri ilə yaxından maraqlanmış, vətəndaşlar tərəfindən irəli sürülmüş problemlərin həlli üçün ayrı-ayrı təşkilat rəhbərlərinə ciddi göstərişlər verərək həlli sahəsində konkret tədbirlər görmüşdür.

Keçidlər