Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda əhalinin həyat səviyyəsi artır.

09 yanvar 2018 | 16:00

Hər bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərin yüksəlməsinə, məşğulluğun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə  səhiyyə, təhsil mədəniyyət sahəsində təminatların həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi olmaqla, hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin tərkib hissəsidir.
Respublikanın hər yerində olduğu kimi, Samux rayonunda da əhalinin həyat səviyyəsi son illərdə xeyli yaxşılaşmışdır. İqtisadiyyatın bütün sahələrində aparılan islahatlar, əmək haqqları və pensiyaların artırılması, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması buna əyani sübutdur.
Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra respublikanın hər yerində olduğu kimi Samux rayonunda da iqtisadi tənəzzül dərinləşmiş, infilyasiya günbəgün yüksəlmiş, yoxsulluq səviyyəsi artmış, şəhid ailələrinin və müharibə əlillərinin minumum sosial təlabatlarının ödənilməsi, əmək haqlarının və pensiyaların aylarla gecikdirilməsi daha da artmış, iqtisadiyyatın bütün sahələri tənəzzülə uğradığından iş yerləri dayandırılmış, əhalinin ərzaq məhsulları ilə təminatı pisləşmiş və kommunal təchizat içləri iflic vəziyyətə düşmüşdür. Lakin 1993-cü ildən etibarən rayonun sosial iqtisadi həyatında mühüm dəyişikliklər baş vermişdir. Kənd təsərrüfatında aqrar islahatlar aparılaraq  torpaq sahələri kəndlilərə verilmiş və bununla da 12329 kəndli təsərrüfatı yaradılmış, dövlət əmlakı özəlləşdirilərək vətəndaşlara verilmişdir. Bununla da rayonda ərzaq problemi, ən başlıcası isə əhalinin çörəyə olan təlabatı tam ödənilmişdir.
Əhalinin həyat səviyyəsinin yüksəlməsinin ən mühüm amillərindən biri məhsul buraxılışının həcminin artırılması ilə əlaqədardır. Belə ki, 2003-cü ildə məhsul buraxılışının həcmi 17388,9 min manat olduğu halda, 2008-ci ildə 57797,2 min manat 2016-cı ildə isə 114796,5 min manat olmuşdur. 2016-cı ildə məhsul buraxılışının ümumi həcmi, 2003-cü ilə nisbətən 97407,6 min manat və ya 6,6 dəfə, 2008-ci ilə nisbətən 56999.3 min manat və ya 2 dəfə çox olmuşdur. Məhsul buraxılışının belə sürətlə artması əhalinin gəlirlərinin və eləcə də əhalinin həyat səviyyəsinin artırılmasına səbəb olmuşdur. 2016-cı ildə məhsul buraxılışının həcmi kənd təsərrüfatı, sənaye və ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə daha çox olmuşdur.
2016-cı ildə 2003-cü ilə nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,5 dəfə çox olmuşdur. Tikinti üzrə 77,8 dəfə, sənaye üzrə 10,6 dəfə, ticarət üzrə 10,1 dəfə, rabitə üzrə 6 dəfə, kənd təsərrüfatı üzrə 5 dəfə, nəqliyyat üzrə 3,1 dəfə çox məhsul buraxılışı olmuşdur.
Kənd təsərrüfatı və sənaye üzrə məhsul buraxılışının həcmi böyük olduğuna baxmayaraq, rayonun iqtisadi potensialını nəzərə alsaq, bu göstəricilər daha da çox ola bilər. Bu gün rayonda məşğul əhalinin əsas hissəsi, yəni 67,2%-i kənd təsərrüfatı ilə məşğul olur. Buna görə də əhalinin gəlirləri ən çox kənd təsərrüfatından gəlir. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün normal şərait daha da yüksələrsə, əhalinin gəlirləri də artırıla bilər. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı həmin məhsulların satışı və emalı da çox vacibdir. Məsələ bundadır ki, rayonda istehsal olunan məhsullar rayon əhalisinin ərzaqla tam təmin edir və qalan hissəsi isə şəhər bazarlarına çıxarılır. Həmin məhsullar daha çox istehsal olunduqda isə satış qiymətləri aşağı düşür, bəzən isə maya dəyərindən də aşağı olur. Bu isə istehsalçıya mənfəət əvəzinə zərər gətirir. Buna görə də kənd təsərrüfatı məhsulları xüsusi tədarük təşkilatalrı və ya alıcılar tərəfindən alınaraq qablaşdırılmalı və xarici bazarlara çıxarılmalıdır. Rayonun kənd təsərrüfatı məhsulları yüksək keyfiyyətə malikdir. Həmin məhsullar dünya bazaralrında rəqabətə davam gətirə bilər.
Ərzaq məhsullarının emalı üzrə yalnız buğda emalı və günəbaxan tumu emalı ilə məşğul olan müəssələr fəaliyyət göstərir. Rayonda meyvə, tərəvəz, kartof, bostan,  şəkər çuğunduru, ət, süd, dəri və s. kimi məhsulların istehsalı kifayət qədərdir. Həmin məhsulların emalı ilə məşğul olan emal zavodlarının yaradılması çox vacib məsələlərdən biri hesab edilir. Bu həm də əhalinin işlə təmin olunması üçün də əlverişlidir.
Əmək ehtiyatları və ondan istifadə qaydaları bütün ölkələri üçün ən ümdə məsələlərdən biridir. Əhalini düşündürən əsas məsələ onların işlə təmin olunmasıdır. Əhalinin yaşayışı üçün onların gəlir mənbəyi olmalıdır. Bu problemin həlli isə iş yerlərinin açılması ilə bağlıdır. Rayonda kənd təsərrüfatının inkişafı təkcə məhsul istehsalı deyil, həm də əhalinin məşğuliyyəti üçün real imkanlar yaradır. Vaxtı ilə rayonda təsərrüfatlar əsasən üzümçülüklə məşğul olurdu. Üzümçülük rayona xeyli gəlir gətirirdi. Bununla belə əmək ehtiyatlarından tam istifadə olunurdu. Əhali nəinki işlə təmin olunurdu, həm də bu üzüm bağlarının işçiyə daim ehtiyacı olurdu. 1970-cu illərdə salınmış üzüm plantasiyalarının əhaliyə çox böyük xeyir gətirmişdir. Əhalinin maddi rifah halı bir neçə dəfə yüksəlmişdir. Lakin Sovetlər İttifaqı dağıldıqdan sonra ölkədə alkoqolizmə qarşı mübarizə tədbirləri adı altında aparılan təbliğat nəticəsində üzümlüklər məhv edildi və bununla da rayonunu iqtisadiyyatına böyuk zərbə vuruldu. Son illərdə üzümçülük yenidən inkişaf edilmək üzrədir. Əhali təsərrüfatlarında yeni üzüm bağları salınmış və ya köhnə bağlar bərpa edilmişdir. Gəncə-Aqro-2 mmc 330,2 ha, Üzüm bağı mmc 89.9 ha, Eldar-D mmc 90 ha üzüm bağı salmışdır və hal-hazırda həmin bağlardan 435,3 hektarı bar verir.
Rayonda 2016-cı ildə əmək ehtiyatlarının sayı 42558 nəfər olmuşdur. Bunun 38844 nəfəri əmək qabiliyyətli yaşda olan əhali, 1622 nəfəri əmək qabiliyyətli yaşdan yuxarı şəxslər, 2092 nəfəri isə yeniyetmələrdir. İqtisadi fəal əhalinin sayı 32935 nəfərdir. Bunun 31268 nəfəri məşğul əhali, 1667 nəfəri isə iş axtarandır. 2016-ci ildə rayonda 5796 nəfər muzdlu işçilər olmuşdur. Muzdlu işçilərin 4394 nəfəri dövlət, 1402 nəfəri isə qeyri-dövlət müəssələrində işləyənlər olmuşdur. Məşğul əhalinin 837 nəfəri (2,7 %) sənaye, 21025 nəfəri (67,2%) kənd təsərrüfatı, 895 nəfəri(2.9%) tikinti, 950 nəfəri (3,0%) nəqliyyat və rabitə, 2645 nəfəri (8,5%) təhsilI, 1714 nəfəri (5,5%) ticarət, 697 nəfəri(2,2%) idarəetmə orqanlarında, 279 nəfəri(0,9%) maliyyə və sığortada, 1095 nəfəri(3,5%) peşə, elmi və texniki fəaliyyətdə, 794 nəfəri (2,5) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 337 nəfəri(1,1%) istirahət, əyləncə və incəsənət sahəsində  çalışır. Məşğul əhalinin sayı 2008-ci ilə nisbətən 20,0% artmışdır.
Məşğul əhalinin sayını aşağıdakı diaqrammadan daha aydın görmək olar:   
             
Rayon üzrə məşğul əhali respublika üzrə olan məşğul əhalinin 0,6 %-ni təşkil edir.
2003-2016-ci illər ərzində rayonda 19798 nəfər yeni iş yerləri açılmışdır ki, bunun da 9847 nəfəri daimi iş yerləridir. 2008-2015-ci illər üzrə yeni iş yerlərinin sayı aşağıdakı kimidir:
 
Yeni iş yerlərinin açılması sahibkarlıq subyektlərinin yaardılmasından da çox asılıdır. Bu işdə sənaye müəssələrinin rolu daha böyükdür. Hal-hazırda rayonda  5 qeyri-dövlət sənaye müəssisəsi fəaliyyət göstəriri. Bu müəssisələrdə 21 nəfər işləyir. Bu rayon üçün aşağı göstəricidir. Bol təbii sərvətləri olan Samux rayonunda yeni sənaye müəssələrinin tikintisi mühüm əhəmiyyət kəsb edir. Vaxtı ilə fəaliyyət göstərən 10 şərab zavodundan heç biri fəaliyyət göstərmir. Bu müəssələri yeni texnaloji avadanlıqlar quraşdırmaqla bərpa etmək rayon üçün mühüm əhəmiyyətlidir.
Əhalinin gəlirləri rayonda ilbəil artır. 2016-cı ildə bu göstərici 146995,5 min manat olmuşdur ki, bu da 2003-cü ilə nisbətən 7,1 dəfə çoxdur. Bunu aşağıdakı qrafikdən daha aydın görmək olar:
 
Əhalinin gəlirlərinə əmək haqqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, ünvanlı sosial yardımlar, işsizliyə görə müavinətlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, şəxsi təsərrüfatdan əldə olunan gəlir və s. daxildir.
2003-cü ildə əmək haqları 33,3 manat olduğu halda, 2008-ci ildə 171.9 manat, 2016-ci ildə isə 259,9 manat olmuşdur. Göründüyü kimi əmək haqları 2016-cı ildə    2003-cü ilə nisbətən 7,8 dəfə artmışdır. Rayonda əmək haqqlarının miqdarı illər üzrə aşağıdakı kimi olmuşdur:

Hal-hazırda rayonda 8106 nəfər pensiyaçı vardır. Əhalinin sosial müdafiəsini gücləndirmək həmişə diqqət mərkəzində olmuşdur. Elə buna görə də əhaliyə verilən pensiyaların miqdarı da ilbəil artır. 2008-ci ildə təyin olunmuş orta aylıq pensiyanın məbləği 80,09 manat olduğu halda, 2016-cı ildə 167,8 manat olmuşdur. Göründüyü kimi son beş ildə pensiyanın miqdarı 2,1 dəfə artmışdır.
2007-ci ildən etibarən aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı verilir.  Belə ki, 2007-ci ildə 852 nəfərə sosial yardım verilirdisə, 2016-ci ildə bu göstərici 3224 nəfər olmuşdur. 2007-ci ildə 1 nəfərə 6,23 manat, 2016-cı ildə 36,34 manat ünvanlı dövlət sosial yardım verilmişdir.
2016-cı ildə 2341 nəfərə sosial müavinət, 788 nəfərə birdəfəlik müavinət, 267 nəfərə isə təqaüd verilmişdir.
Hal-hazırda rayonda 16 məktəbəqədər təhsil müəssəsi fəaliyyət göstərir. Bu müəssələrdə 595 nəfər uşaq tərbiyə alır.
İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətlərdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşdırılması, həmçinin fərdi həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Hər bir ölkənin inkişafı onun təhsilinin inkişafından başlayır. Hər bir ölkənin gücü onun təhsilinin gücü ilə əlaqədardır. Gənclərin gələcəyi onların aldığı təhsilin səviyyəsindən asılıdır.
Respublikanın hər yerində olduğu kimi Samux rayonunda da təhsilin inkişafına böyük diqqət verilir. Hal-hazırda rayonda 35 əyani ümumtəhsil müəssəsi mövsuddur. Rayonda son illərdə 16 yeni məktəb tikilib istifadəyə verilmiiş, 15 məktəb isə əsaslı təmir edilmişdir. Bütün məktəblər komputerlərlə təmin olunmuşdur. Nəzəri biliklərin praktiki cəhətdən möhkəmləndirilməsi üçün müasir tipli fənn labaratoriyaları yaradılmlşdır. Təhsil müəssəsində məktəblilərin biliklərə yiyələnməsi üçün hər cür şərait vardır.
Ötən tədris ilində dövlət əyani ümumi təhsil müəssələrində 8577 nəfər şagird təhsil almış, 129 nəfər şagird isə ali məktəblərə qəbul olunmuşdur. Hal-hazırda 1104 nəfər müəllim öz bilik və bacarığını şagirdlərə öyrədir.
Müasir dövrdə əhalinin həyat səviyyəsinin yüksəldilməsində təhsilin böyük rolu vardır. İqtisadiyyatın məhz yüksək bilik və bacarıqlara, mənəvi dəyərlərə malik kadrların sayəsində inkişaf edə bilər. Elmi-texniki tərəqqi, yeni texnalogiyaların tətbiqi və müasir texnalogiyalardan düzgün istifadə kimi hallar yalnız yüksək ixtisaslı kadrların sayəsində mümkün ola bilər. Bu gün yalnız dünya bazarında rəqabətə davam gətirə biləcək yüksək keyfiyyətli məhsullara ehtiyac vardır .Ona görə də təhsil sisteminin gücləndirilməsi ən zəruri hallardan biri hesab edilir.
Son illərdə rayonda əhalinin yaşayış səviyyəsini yüksəltmək üçün xeyli işlər görülmüşdür. Rayondaxili yolar təmir edilmiş, və asfalt döşənmişdir. Samux şəhərinin bütün küçələrinə asfalt örtüyü çəkilmişdir. Bütün evlər elektrik enerjisi ilə təmin olunmuşdur. 30 yaşayış məntəqəsində 10466 ailə qazla təmin olunur. Rayon əhalisi içməli su ilə təmin olunmuşdur. Bütün yaşayış məntəqələri ilə Gəncə şəhəri arasında marşrut avtobuslar işləyir. Əhalinin istirahətini təmin etmək üçün Heydər Əliyev adına park tikilib istifadəyə verilmişdir. Rayonda son 10 ildə bir sıra yeni inzibati binalar tikilib istifadəyə verilmişdir ki, bu isə işçilərin normal iş şəraitinin yaradılmasına imkan vermişdir. Əhalinin içməli suya olan təlabatını yaxşılaşdırmaq məqsədilə 5 ha torpaq sahəsi ayrılmışdır ki, yaxın günlərdə həmin sahədə su hövzəsi tikiləcəkdir.
Rayon mərkəzinsdə şəhid ailələri və Qarabağ əlilləri üçün 8 mənzilli 2 mərtəbəli və 36 mənzilli 4 mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bu binalar elektrik, qaz, su, telefon,mərkəzi istilik sistemi və kanalizasiya xətti ilə təmin olunmuşdur. Bundan əlavə rayonun ayrı-ayrı yaşayış məntəqələrində şəhid ailələri üçün 15, qaçqın ailələri üçün isə 19 fərdi ev tikilib istifadəyə verilmişdir.
Samux rayon Statistika idarəsi belə hesab edir ki, rayonun sosial iqtisadi inkişafı artdıqca, bütün strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini təşkil edən əhalinin həyat səviyyəsi də durmadan yüksələcəkdir.   
“Yeni Samux” qəzeti.Samux Rayon Statistika  İdarəsi

Keçidlər