Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ilk dəfə soya bitkisi becərilib və sahələrdən 667 ton məhsul yığılıb.

21 dekabr 2017 | 16:00

Samuxda ilk dəfə soya bitkisi becərilib və sahələrdən 667 ton məhsul yığılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Samux Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2017-ci ildə rayon ərazisində “Qarabağ MKT” MMC tərəfindən 490 hektar sahədə soya əkilib, bitkiyə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib və yüksək məhsuldarlığa nail olunub.
Hazırda soya məhsulları üzrə idxaldan asılı olan ölkəmizdə bu sahəni daha da inkişaf etdirmək üçün rayonda təcrübə-təsərrüfat məqsədilə müəyyən tədbirlər həyata keçirilir.
Samux, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər