Samux şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Cocuq Mərcanlı kəndinə səfər edib
Dekabr ayının 16-da Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin xüsusi təşəbbüsü, RTŞ-nin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəbrayıl rayonunda yerləşən Lələ təpə yüksəkliyinin düşməndən azad edilməsindən sonra Ölkə Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il sərəncamına əsasən bərpa edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Cocuq Mərcanlı kəndinə təşkil edilmiş səfərin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi, Azərbaycan Respublikasının tarixi qələbəsindən sonra yaradılmış şəraitlə əyanı şəkildə tanışlıq olub.
Səfərdə məktəblilərlə yanaşı Rayon İcra Hakimiyyətinin əməkdaşları, RTŞ-nin əməkdaşları, Samux rayon qəzetinin əməkdaşı, 3 nömrəli tam orta məktəbin müəllimləri və həkim iştirak edib.
İlk olaraq Cəbrayıl rayonunda yerləşən Aprel döyüşü şəhidlərinin abidəsi önünə gül dəstələri qoyulub.
Cocuq Mərcanlı kəndinə səfər edən məktəbliləri Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb. Məktəblilər ilk olaraq kənddə yeni inşa edilmiş müasir tipli məktəbdə olublar, orada şagirdlər üçün yaradılmış şərait, sinif otaqları, müasir avadanlıqlarla əyani tanış olublar. Həmçinin Cocuq Mərcanlı kənd tam orta məktəbin Qrant müsabiqəsində qalib olmuş “Öyrənək öyrədək” adlı layihəsi haqqında məlumat əldə ediblər. Səfərdə iştirak edən məktəbilər Cocuq Mərcanlı kənd tam orta məktəbin şagirdlərinə yeni il sovqatı və bir sıra kitablar hədiyyə ediblər.
Daha sonra kənddə inşa edilmiş yaşayış evləri, məscid, uşaq bağçası və digər yenidən qurulmuş yerlərlə tanış olublar. Sonda xatirə şəkilləri çəkilib.