Samux Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Günəş ömürlü insan-Heydər Əliyev və ədəbi-tarixi proses” adlı elmi-praktik konfrans və mərkəzdə silsilə ekskursiyalar təşkil olunub.
Qonaqlar Ulu Öndərin büstü önünə gül dəstələri qoyub və tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Tədbirdə ilk öncə Ulu Öndərin həyatına həsr olunmuş video çarx nümayiş olunub.
Daha sonra mərkəzin direktoru Aygün Həsənzadə tədbiri açıq elan edərək Ulu Öndərin həyat yolundan, dövlətimiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib. O, öz çıxışında Heydər Əliyevin keçdiyi həyat yolunun dövrlərinə nəzər salıb, Ulu Öndərin hər bir dövrdə Azərbaycanın inkişafı və rifahına mühüm töhfələr verdiyini vurğulamışdır.
Mərkəzin dorektoru Aygün Həsənzadə mürəkkəb siyasi proseslərin cərəyan etdiyi və Ermənistanın hərbi işğalı ilə üzləşdiyimiz bir zamanda Azərbaycanın təlatümlərdən və fəlakətlərdən xilas edilməsinin Heydər Əliyevin müdrikliyi nəticəsində mümkün olduğunu iştirakçıların diqqətinə çatdırmış, Heydər Əliyevin müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasını qoyduğunu qeyd etmişdir. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva tərəfindən hal-hazırda da uğurla davam etdirilən bu siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyi və dünyada nüfuza malik olduğunu diqqətə çatdırmışdır.
Daha sona çıxış edən samux aruon Gənclər və İdman idarəsinin rəis müavini Rasim İmamquliyev ölkəmizin dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ümummilli lider Heydər Əliyevin gənclər siyasətini də müəyyənləşdirdiyini diqqətə çatdırıb. Deyilib ki, Ulu Öndər gənclərlə mütəmadi olaraq görüşüb, onların vətənpərvər ruhda müasir kadrlar kimi yetişməsində mühüm rol oynayıb.
Sonra çıxış edən rayonun İnstitut qəsəbə tam orta məktəbinin azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Salmanova və Lək kənd orta məktəbinin tarix müəllimi Əhəd Namazov Dahi rəhbərin Azərbaycan xalqı və dövlətçiliyi qaşısında ən böyük xidmətinin Azərbaycançılıq ideyasının yaradılması, sevdirilməsi və inkşaf yoluna qoyulması olduğunu öz çıxışında vurğulayiblar.
Mərkəzin gənc əməkdaşları Raziyə Qasımova, Gülay Namazova, Səhanə Tağıyeva və Afərin Namazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin mədəniyyət, incəsənət, təhsil, iqtisadiyyat və s. sahələrdə olan fəaliyyətlər mövzularında ətraflı çıxışlar ediblər.
Tədbirdə rayon ictimaiyyəti, rayonda təhsil alan umumtəhsil məktəblərinin müəllim və şagird kollektivi və mərkəzin əməkdaşları iştirak ediblər.
Onu da qeyd edək ki, Samux Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərlə yanaşı və mərkəzə silsilə ekskursiyalar təşkil olunub.