Samux rayon İcra Hakimiyyəti başçısının Kəsəmən kəndində səyyari görüşü keçirilmişdir
24 iyul 2013 | 15:00
23 iyul 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Kəsəmən kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 3 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.