Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qırmızı Samux qəsəbəsində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qırmızı Samux qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Valeh Cəlal oğlu çıxış edərək qazın təzyiqinin zəif olmasının aradan qaldırılmasını xahiş etdi .
2. Musayev Teymur İbrahim oğlu öz çıxışında son 2 gündə elektrik enerjisində gərginliyin aşağı olmasından şikayət etdi
3. Məmmədov Xəlil Rəcəb oğlu Pay torpaqlarının suvarılması üçün nasoz qoyulmasını xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi