Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

24 noyabr 2017 | 16:00

Noyabr ayının 24-də Samur Rayon Təhsil Şöbəsində məktəb direktorlarının iştirakı ilə təhsilyanı şura iclası keçirilib. İclasda Noyabr ayı üçün RTŞ-nin fəaliyyət planı üzrə məktəblərdə aparılmış monitorinq və yoxlamaların nəticələri müzakirə olunub.
İclas zamanı aparıcı məsləhətçilər tərəfindən şəhər 1 nömrəli məktəb-liseydə lisey siniflərində tədrisin vəziyyətinin monitorinqi, Qədili və Hacallı kənd tam orta məktəblərində I-IX siniflərdə kurikulum tədrisi vəziyyəti, Lüksemburq kənd tam orta məktəbin monitorinqi, məktəbdaxili olimpiadanın keçirilməsi məsələsi və vətəndaşların əzirə və şikayətlərinə baxılması vəziyyəti müzakirə olunub.
İclasın gündəliyində olan və müzalirə edilən məsələlərlə bağlı aidiyyatı üzrə məktəb direktorlarının fikirləri dinlənilib. Sonda qərar layihəsi oxunub.

Keçidlər